Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Qasım-Jomart Tokayev Şuşa və Türküstan şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılması haqqında Protokol imzalayıblar.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Azərbaycana rəsmi səfərə gəlib.