Tünd və isti çalarlar ənənəvi olaraq payız-qış kolleksiyasının dəyişməz rəngləridir, bu texnika bizi soyuqda qızdırır və əlbəttə ki, obrazı daha praktik və soyuq havaya dözümlü edir.
Ednews xəbər verir ki, 2022-ci ilin payız-qış mövsümündə dizaynerlərin favoritləri tünd şokolad çalarları olacaq.
Tünd şokolad rəngləri demokratik brendlərin markalarına qonaq gəlib. Qəhvəyi ən çətin kombinə edilən rəng sayılsa da, inanılmaz dərəcədə seksualdır. Dizaynerlər bu çaları gündəlik həyatımıza daha da uyğunlaşdırmaq üçün ən uğurlu üsullardan istifadə edib. Bu rəngli geyimləri qalın material və həcmli detallarla birləşdirin, dəri şalvara böyük sviter əlavə edin, yaxud ipək paltara həcmli jaket və tünd qırmızı çəkmələr əlavə etmək olar. Qəhvəyinin ağ, qara və boz kimi romantik rənglərlə birləşməsi idealdır. Lakin ən şıq variantlar şokolada qəhvə, karamel və ya süd çaları əlavə etməklə əldə edilir.