Dövlət Komitəsi Tovuzda 8 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparır - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

Dövlət Komitəsi Tovuzda 8 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparır

Cəmiyyət A- A A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuzda 8 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparır.

Ednews xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu APA-nın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Tovuzda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edən şəxs həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...