Ali təhsil müəssisələrinə ixtisas seçimi BAŞA ÇATIR - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Ali təhsil müəssisələrinə ixtisas seçimi BAŞA ÇATIR

Cəmiyyət A- A A+
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sona yaxınlaşır. İxtisas seçimi avqustun 28-i saat 23:59-dək davam edəcək. 
 
Bu barədə Ednews-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
Məlumatda qeyd olunur ki, avqustun 26-sı saat 10-a olan məlumata görə, 58114 ərizə təsdiq edilib.
 
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (o cümlədən subbakalavrlar) iştirak edə biləcəklər.
 
Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər. 
 
Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.
 
“Məsləhət mərkəzləri” haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...