“Maskalı şəxslər evə daxil oldu...” - Polis qadının yalanını ifşa etdi - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

“Maskalı şəxslər evə daxil oldu...” - Polis qadının yalanını ifşa etdi

Cəmiyyət A- A A+
Dəfələrlə dövlət qurumlarına, eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara rast gəlinməkdədir. Növbəti bu cür fakt Lənkəranda qeydə alınıb.
 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ednews-a verilən məlumata görə, rayon sakini olan bir qadın axşam saatlarında tək olduğu zaman yaşadığı evə biri qadın, digəri kişi olmaqla 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyi, zor tətbiq edərək pul və qızıl-zinət əşyalarını tələb etdiyi barədə polisə məlumat verib.
 
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının  polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.
 
Həmin qadın özü də bilərəkdən yalan məlumat verdiyini etiraf edib.
 
Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...