Cəlilabadda şəhidlərin xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Cəlilabadda şəhidlərin xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub

Cəmiyyət A- A A+

Cəlilabad rayonunun Adnalı kəndində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksinin açılış mərasimi olub.

Ednews report-a istinadən xəbər verir ki, tədbirdə şəhid ailələri, rayon İcra Hakimiyyəti əməkdaşları, müəssisə və təşkilat, qazilər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Açılışda çıxış edənlər ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayaraq, onların problemlərinə kompleks şəkildə yanaşılaraq həll edildiyini söyləyiblər.

Azərbaycanın qəhrəman övladlarının öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyi vurğulanaraq qeyd edilib ki, məhz onların və ümumilikdə Azərbaycan Ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.

Sonda kəndin şəhidlərinin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...