Turistlərin ən çox üz tutduğu Fəvvarələr meydanı yüngül həyat tərzi keçirən qadınların əsas məkanlarından birinə çevrilib.
Əvvəllər xarici ölkələrə xas olan bu görüntü Bakının mərkəzi küçələrindən olan Rəsul Rza, Nizami və Fəvvarələr meydanı adlanan ərazilərdə artıq adi hala çevrilib.
Son dövrlər ərəblərin ölkəmizə axını nəticəsində bu qadınların sayı da gedərək artmaqdadır.
Sakinlərin sözlərinə görə, bu qızları görkəmlərindən dərhal tanımaq olur. Belə ki, onlar cüt-cüt gəzib ancaq əcnəbi vətəndaşlara yaxınlaşırlar.
Adı çəkilən ərazidə müşahidə aparan “EDNEWS”-in əməkdaşı qeyd edir ki, “hər axşam qızlar abırsızcasına xarici turistlərə yaxınlaşaraq özlərini pul qarşılığında təklif edirlər. Şəhər sakinlərinin gözü qarşısında baş verən bu hadisələr ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılanır. Ərazidə yaşayan sakinlərin verdikləri məlumata görə, qızlar hətta öz "xidmətləri"ni ərəb turistlərə binaların bloklarında sərbəst şəkildə həyata keçirirlər.
Qeyd edək ki, həmin ərazidə mütəmadi olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları reydlər keçirirlər.
Məsələni diqqətdə saxlayacağıq.
Fariz Faiqoğlu