Azərbaycanın Fövqəladə İşlər Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib.
Ednews xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev vəzifəsindən azad edilib.
Onun yerinə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional İdarəsinin rəisi, general-mayor Etibar İsmayılov təyin edilib. Manset.az-ın məlumatına görə, bu idarənin rəisi vəzifəsi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini, Aparat rəhbəri, general Məhərrəm Həsənova tapşırılıb.