Bakıda avtomobil aşıb.
Ednews xəbər verir ki, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
Şəhər sakini Alqış Əmənovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan sərnişinlərdən- sürücünün anası Mələk Vəliyeva ölüb, xalası qızı - Mərifət Süleymanova isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.