Xerson vilayətində Ukrayna hərbçiləri demək olar ki, bütün böyük körpüləri dağıdıb, yalnız piyada keçidləri qalıb.
Ednews Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı “Kaxovka” əməliyyat qrupu yayıb.
“Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində vəziyyət son dərəcə ağırdır. HİMARS bütün əsas körpüləri (Antonovsk dəmir yolu, avtomobil və Novokaxovski) dağıdıb. Yalnız piyada keçidləri qalıb”, - mesajda deyilir.
Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya ordusunun Krım ərazisindən silah tədarükü və şəxsi heyətin daşınması kəsilib.