“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Praqa-Bakı reyslərinin müddətini uzadıb.
Ednews aviaşirkətin saytına istinadən xəbər verir ki, reyslərin müddəti həftədə 2 dəfə olmaqla (bazar ertəsi və cümə günləri) oktyabrın sonunadək artırılıb.
Qeyd edək ki, buna səbəb kimi yay aylarında tələbatın artması göstərilib.