30 Avqust Zəfər bayramıdır - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

30 Avqust Zəfər bayramıdır

Cəmiyyət A- A A+
Türkiyə Cümhuriyyətinin mübarək milli günlərindən biri - 30 Avqust Zəfər bayramı. Bu bayram Türkiyə tarixinə Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verdilər.
 
Möhtəşəm Çanaqqala Zəfəri sonradan bütün Türkiyənin, eləcə də ümumtürk dünyasının zəfəri kimi qeyd olunmağa başladı.
 
30 Avqust Zəfər bayramı - 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Baş komandanlıq meydan müharibəsi" sayılan “Büyük Taarruz”u bayrametmə günüdür. İşğalçı orduların ölkə sərhədlərindən çıxarılması bir qədər sonra baş versə də, 30 Avqust simvolik olaraq Türkiyə torpaqlarının geri alındığı günü təmsil edir.
 
Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub, rəsmi olaraq isə 1936-ci ilin may ayında elan edilib.
 
Türkiyədə Zəfər bayramı münasibətilə gün boyu təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbir mavzoleyini, digər rayonlarda şəhidlikləri ziyarət edir, Mustafa Kamal Atatürkə, silahdaşlarına və bütün əsgərlərin ruhuna dualar oxuyurlar.
 
30 avqust Türkiyədə rəsmi tətildir. Həm də hər il bu gün Quru Qoşunları Hərbi Məktəbində məzun buraxılışı olur. Zabit rütbələri də məhz bu gün verilir.
 
Şəhidlərin ruhu qarşısında baş əyir, bizə əmanət edilən Türkiyənin başını hər zaman hər yerdə ucaltmaq üçün var-qüvvəmizlə çalışırıq.
 
Yaşasın Türkiyə Cümhuriyyəti və sarsılmaz qələbələrini qazandıran qəhrəman övladları!


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...