Neftçalada qətl hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə Neftçala rayonunun Xıllı kəndində baş verib. Həmin kəndin sakini, 38 yaşlı Qurbanov Saleh Valeh oğlu həmyerlisi 65 yaşlı Əliyev Səxavət Məclum oğlunu öz evində bıçaqla qətlə yetirib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Apa.az-ın məlumatına görə, faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.