"Azəriqaz"ın baş direktoru canlı yayımda sualları cavablandıracaq - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

"Azəriqaz"ın baş direktoru canlı yayımda sualları cavablandıracaq

Cəmiyyət A- A A+

“Azəriqaz” İB-nin baş direktoru hər həftənin çərşənbə günü saat 15:00-da “Facebook” üzərindən canlı yayım vasitəsi ilə abonentlərin qaz təchizatına aid sual və təkliflərini, problemlərini dinləyərək həlli istiqamətində müvafiq tapşırıqlar verir. Artıq növbəti çərşənbə günü bu sosial əlaqəyə “İnstagram” da (ruslanaliyev.official) əlavə olunacaq. Məqsəd abonentlərin istənilən platformada öz problemlərini səsləndirə bilmək imkanlarını genişləndirməkdir. Dövlət qurumları arasında ilk olacaq bu geniş tərkibli əlaqə “İnstagram” istifadəçilərinə də əlavə imkanlar yaradacaq. “İnstagram” istifadəçiləri “Facebook” üzərindən canlı əlaqənin effektivliyinin əyani şahidi olacaqlar. Birliyin prioriteti abonent məmnunluğudur!

Ednews



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...