"Uzunömürlülük eliksiri" yaradan həkimin məzarı aşkar edildi - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

"Uzunömürlülük eliksiri" yaradan həkimin məzarı aşkar edildi

Cəmiyyət A- A A+

Londonun təxminən 24 km-də köhnə məzarlığın dərinliyində heç bir məzara bənzəməyən qəbir var.
O, düşünə biləcəyimiz kimi, başdaşının orijinal formaları ilə deyil, üzərindəki yazılarla fərqlənir. Burada yazılıb ki, doktor Uilyam Mid "148 il 9 ay 3 həftə 4 gündən sonra" həyatdan köçüb.

Belə bir şey mümkündürmü?..

Ednews moderator.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanınn " The Mirror" nəşri yazıb.
 
Doktor Uilyam Mid Xartfordşir, Ueredə Müqəddəs Mariya qəbristanlığında balaca bir sahədə dəfn edilib, sadə başdaşında həkk edilən yazıdan aydın olur ki, 28 oktyabr 1652-ci ildə dünyasını dəyişmiş mərhum özünün 149-cu doğum gününə cəmi iki ay qalmış həyatdan gedib. 
 
Əgər mərhumun yaşı düzgün göstərilibsə, o zaman o, 1504-cü ilin yanvarında doğulmalı idi, 7 monarx və iki Kral sülaləsini yaşamalı və İngiltərədə Vətəndaş müharibəsinin (1639-1660) qızğın çağında dünyasını dəyişməliydi.
 
Hətta bizim zamanımız üçün 148 il görünməyən və inanılmaz təsir bağışlayır, dünyada məşhur uzunömürlülər siyahısında 119-122 yaş yaşamış adamlar var. 
 
Nəzərə alsaq ki, Avropada XVI əsrdə doğulan insanların gözlənilən ömrü 30-40 yaş arası olub, bu, doktor Midin tarixçəsini daha da fantastik edir.
 
Yerli əfsanəyə görə, doktor Mid "uzunömürlülük eliksiri" kəşf edib, şəhərdə dərmanlarla bərabər satılıb.
 
Belə bir versiya da var ki, onun başdaşında qeyri-adi yazını həyat yoldaşı yerləşdirib ki, onun eliksirinin satışını stimullaşdırsın, bu da bu tarixçəni sual altına qoyur.
 
Bununla yanaşı, yerli sənədlərdə "bu qəribə uzunömürlülük halı" barədə xatırlanır və iddia edilir ki, məzarın keşikçiəri tərəfindən doktor Midin məzarının başdaşındakı yazı silindiyindən yenilənib, nəşr yazır.
 
Xartfordşirin tarixi saytlarına nəzər salsaq, doktor Midin başdaşının son illər bitki ilə örtüldüyü, bu zaman yazıya xələl gəldiyi və bu səbəbdən yenidən yazılmağa göndərilmək qərarı barədə qeydiyyata rast gəlmək olar.
 
O da məlumdur ki, plitənin yerini dəyişməyə edilən cəhdlər zamanı o, yerə düşərək bir neçə hissəyə parçalanıb, bundan sonra başdaşı bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. Lakin doktor Midin yaşının dəqiq olması, görünür, sirr olaraq qalacaqdır.
 
Əsl rekordlar hansılardır?
 
Dünyada ən uzunömürlü insan olaraq çoxları Fukuoka prefekturasından Kane Tanakanı göstərir.
 
O, Birinci dünya savaşının başlanmasından öncə 2 yanvar 1903-cü ildə anadan olub, 19 aprel 2022-ci ildə 119 il 107 gün yaşında vəfat edib. 
 
Rus-yapon müharibəsi onun doğulduğu vaxtdan cəmi bir il sonra baş verib. Bundan başqa, o, yapon imperatoru Meydzinin hakimiyyətinin son ilini də görüb. 
 
2019-cu ildə Kane Tanaka 119 yaşında Ginnesin rekordlar Kitabına salınlb, rəsmən dünyanın ən yaşlı adamı adını alıb.
 
Ginnesin rekordlar Kitabında həmçinin başqa bir uzunömürlü, fransız qadın Janna Luiza Kalman da var.
 
O, sənədlərə əsasən, 21 fevral 1875-ci ildə anadan olub və 4 avqust 1997-ci ildə 122 il 5 ay 14 gün yaşında vəfat edib.
 
Lakin 2018-ci ildə rusiyalı tədqiqatçılar onun rekordunu şübhə altına alıb, belə bir versiya irəli sürüb ki, onun qızı özünü Janna olaraq təqdim edib.  
 
Məqalədə Kalmanın 1930-cu il şəxsiyyət vəsiqəsi də əlavə edilib, orada onun gözlərinin qara, boyunun 1, 52 m olduğu göstərilib. Bu məlumatlar gerçəkliyi əks etdirməyib, hər halda qadının ömrünün son illərinə uyğun olmayıb.
 
Bundan öncə xəbər verilib ki, İsveç və İsveçrə alimlərinin fikrinə görə, gələcəkdə insan 130 və daha çox ömür sürə biləcək.
 
P.S. Sovet dövrünün arxiv materiallarında Azərbaycanda ən uzunömürlü insan olan Şirəli Müslümovun 168 il ömür sürdüyü iddia edilir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...