"Metroda ehtiyat qatarların xəttə buraxılması daim nəzərdə tutulur. Yay fəslində isə bu pik saatlarda xüsusi tənzimləmə ilə həyata keçirilir".
Ednews xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi qeyd edib ki, ehtiyat qatarın biri xəttə verilib, digəri çıxarılanda xətlərdə qısamüddətli interval yarana bilir.
B.Məmmədov vurğulayıb ki, ehtiyat qatarın xəttə verilib, çıxarılması prosesi sərnişinlərin metroda gur olduğu saatların tənzimlənməsi üçün həyata keçirilir.