Wolt Kuryerləri təzyiqə dərhal son qoymağa çağırırıq

Cəmiyyət 20:36 02.09.2022

Dünən və bu gün bir kuryer qrupu Bakıda tətil keçirib. Onların sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşırıq. Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətmək ilə əks etdirir. Bu qrup, populyar restoranların qarşısında yığışaraq işləmək istəyən kuryer-partnyorlara sifarişləri götürməyə imkan vermir.

Bəzi kuryerlərin narazı olub işləməməsinə anlayış ilə yanaşsaq da, çoxluq təşkil edən razı kuryer-partnyorların güc ilə qarşısını kəsib, həm onların, həm də restoranların qazanc əldə etməsinə maneyə olmasını heç bir şəkildə qəbul edə bilmərik.

Biz bu məlumatı işləməyə çalışan başqa kuryer-partnyorlardan almışıq. Aldığımız məlumata əsasən, kuryerlər sifarişləri götürmək istəyən zaman bu qrup tərəfindən şifahi və fiziki cəhətdən təhdid və təhqir olunurlar. Çalışmaq istəyən kuryerlərin sifariş çatdıraraq pul qazanmağa yeganə yolu fiziki mübarizə yolu ilədir. Bu növ davranış qəbulolunmazdır və mütləq şəkildə dərhal dayandırılmalıdır. Qazanc əldə etmək istəyən kuryer-partnyorların işinə heç bir maneə göstərilməməlidir.

Anladığımıza görə, hazırkı narazılıq avqust ayının 29-da ödəniş modelimizə etdiyimiz dəyişikliklər ilə bağlıdır. Bu dəyişikliklər öncədən 12 avqust tarixində detallı şəkildə bütün kuryer-partnyorlara təqdim olunmuşdur. Eyni zamanda, 15 və 16 avqust tarixlərində kuryer-partnyorların fikirlərini oyrənmək üçün müvafiq videogörüşlər keçirilmişdir.

Yeni modelə əsasən kuryerin həm müştəriyə, həm də restorana/mağazaya qədər qətt etdiyi məsafə naviqator əsasında hesablanır. Əsas dəyişiklik məhz budur: öncə məsafə düz xətt ilə, indi isə naviqatora əsasən qurulmuş marşrut üzərindən hesablanır. Kuryer-partnyorlar bu dəyişikliyin tətbiq olunmasını uzun müddət ərzində xahiş edirdi və biz onların istəyini məmnuniyyət ilə həyata keçirdik.

Eyni zamanda çatdırılan bir neçə sifariş üçün tək ödəniş olunması barədə iddialar var, lakin bu həqiqəti əks etdirmir. Eyni anda iki sifarişi çatdırarkən kuryer-partnyorlarımız həm götürülmə, həm də çatdırılma üçün iki dəfə ödəniş alır. Tapşırıq zamanı bütün nöqtələr (götürülmə və çatdırılma məkanları) arasındakı məsafələr naviqator əsasında hesablanır və kuryer-partnyorlara kompensə olunur. Belə ki, hər iki sifariş üçün kuryer-partnyorlara ədalətli ödəniş olunur və orta saatlıq qazanc əvvəl də olduğu kimi 5-6 AZN civarında qalır. Bəli, daha uzun məsafələr üzrə qazanclar əvvəlki ilə müqayisədə daha az ola bilər, lakin çoxluq təşkil edən orta və qısa məsafəli tapşırıqlar üzrə qazanclarda hesabladığımız kimi artım müşahidə olunur. Beləliklə, ümumilikdə orta saatlıq qazanc 5-6 AZN civarında qalır. Bu isə o deməkdir ki, ortastatistik kuryer gün ərzində 8 saat işləməklə 40-50 AZN gündəlik qazanc əldə etmək imkanına malikdir.

Son olaraq qeyd etmək istərdik ki, bu dəyişikliklərin ilkin narahatlıqlar doğurduğunu başa düşürük, lakin atılan addımlar qazancı azaltmaq məqsədi ilə icra olunmamışdır. Biz kuryer-partnyorların effektivliyini artıraraq, hər zaman olduğu kimi saatlıq qazancların yüksəlməsi üzərində çalışırıq, və yeni ödəniş sistemi bu məqsədimizdə kömək edir.

Biz, məyus kuryerlərin fikirlərinə hörmətlə yanaşırıq və ilk gündən bəzi kuryer-partnyorlar ilə görüşlər keçirmişik. Görüşləri davam etdirib kuryerlərin fikirlərini dinləməyə açığıq, lakin hamını qanunlara riayət edərək, digər kuryer tərəfdaşlarına və restoranlara qarşı nümayiş etdirdikləri təzyiqə dərhal son qoyulmasına çağırırıq.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
20:35 19.05.2024
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
Hamısı