Daşkəsəndə 15 yaşlı qız odlu silah atəşindən ölüb - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Daşkəsəndə 15 yaşlı qız odlu silah atəşindən ölüb

Cəmiyyət A- A A+

Daşkəsəndə bədbəxt hadisə baş verib.

Ednews-un məlumatına görə, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci ildə anadan olmuş Həsənova Günel Əli qızı yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda araşdırma aparılır.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...