BAMF-ın 30 illiyi - Fonddan Reportaj

Cəmiyyət 14:30 14.10.2022

Sentyabrın 4-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illiyi tamam olur. Ednews.net bu münasibətlə Oğuz Ayvazın BAMF-dan yazdığı reportajı təqdim edir. 

30 il əvvəl 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı BAMF-ın əsası qoyuldu.

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İnkişaf  Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

BAMF əsasən beş istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; qaçqın və məcburi köçkünlərin problemləri; sülh quruculuğu və münaqişələrin həlli; icmaların inkişafı; və təhsil istiqamətlərində işlər aparır.

Fondun redaksiyasında gözüm Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevi axtarır. Umud müəllim bir yerdə dayanmır, gah gələn qonaqlarla söhbətlər aparır, gah zənglərə cavab verir, gah da fondun daxili işləri ilə məşğul olur. Düşündüm ki, onunla fond haqqında danışa bilməyəcəm. Elə bu minvalla Umud müəllimin özü mənə yaxınlşadı və BAMF-ın 30 illiyi münasibəti ilə fikirlərini bölüşdü:

“30 il bundan əvvəl BAMF-ın yaradılması ilə bağlı müzakirə bir neçə şəxsin arasında olmuşdu. Moskvada qurumun yaranması ilə bağlı tədbirdə 20 nəfər təşəbbüskar kimi çıxış etmişdir. Daha sonra BAMF-ın rəsmi olaraq yaranmasını bəyan etdik. Bu gün BAMF-ı artıq bir elin, obanın, ölkənin yox, dünya miqyasında səsinin-sorağının eşidilməsi iddiası ilə yaratdıq. Şükürlər olsun ki, 30 illik fəaliyyətimiz mənə bunu deməyə əsas verir: Biz qət etdiyimiz yolun müəyyən mənada əldə olunmasına nail olmuşuq. Hesab edirəm ki, BAMF çox böyük tərcümeyi-halı, arxivi, açıqlamaları, bəyanatları, konfransları, ölkə və dünya miqyaslı tədbirlərə ev sahibliyi etməklə mövcuddur və mövcud da olacaq. 30 illik yubileyimizdə düşünürük ki, BAMF-ın dostları ilə, ona dəstək olmuş şəxslərlə bir arada olaq”.

Umud müəllim fasilə verir, gözləri uzaqlara dalır və davam edir: 

“30 il... Bu tarixin içində nələr yoxdu. İşğal altında zəlil günə qalan torpaqlarımız, ömrü yarımçıq bitən şəhidlərimiz, yurd-yuva həsrəti ilə qovrularaq gor evinə gömülən yaşlı insanlarımız, qaçqın-köçkün harayı, hələ də ümidini üzmədən, gənc yaşında saç ağardaraq itkin ər yolu gözləyən gəlin ağbirçəklərimiz... Xaotik vəziyyətdən çaşqın vəziyyətə düşən insanlar meydanlara axışırdı. Təbii ki, meydan problemlərin çözüm yeri deyildi. Mən də o insanların arasında idim, uzun müddət meydanlarda sərgərdən dolaşandan sonra nə edəcəyimə qərar verib ictimai sektoru seçdim. Kimsədən kömək ummadan çarəsiz qaçqın-köçkün soydaşlarıma bacardığım qədər kömək göstərmək, xalqımızın başına gətirilən ədalətsizlikləri dünya ictimaiyyətinə çatdırmaq üçün bildiyim yoldan hərəkətə keçdim.

Ürəyimin bir yanı yanıb qovrulsa da, digər parası təbii olaraq sevinir. İndi yurdum, torpağım azaddır, Şuşanın başı üstündən qara buludlar dağılıb, ilk sakinlər Qarabağa köç eləyirlər.

Məkrli düşmən əməllərindən əl çəkməsə də, ucsuz-bucaqsız Qarabağ torpaqlarında həyat dirçəlir. Qürur hissi keçirirəm ki, bu ölkənin vətəndaşı, həm də bir təşkilat rəhbəri olaraq əldə edilən nəticələrdə bizim də az-çox  payımız var”.

Umud müəllim sonda bunları vurğuladı:

“Qarabağ probleminin 30 il quyuya düşməyinin əsas səbəbi Sovet təbliğat maşının birbaşa Daşnaksutyun partiyasına işləməsidir. Başda Qorbaçov olmaqla, Kremlin missiyası da bu idi. Sovetlər ölkəsində bütün konfiliktlərin səbəbi odur. Bu gün Ukraynda olanların kökündə də qeyri-obeyktiv informasiya dayanır. Çünki insanlar hələ də bilmir ki, Ukraynada nələr baş verir”.

 

Redaksiyada Ednews saytının baş redaktoru Vüsalə Balayevanın yanına keçirəm. Çay içir və incə barmaqları klaviaturanı taqqıldadır. İş başındadır. Sözü Vüsalə xanıma verirəm:

“Beynəlxalq Avrasiya Mətbuat Fondunun bu il 30 illi tamam olur. Yarandığı gündən onun prezidenti Umud Mirzəyevin hər zaman işğaldan azad olan torpaqlarda, Azərbaycanın hüquqlarını, ermənilərin Azərbacanın işğal etdiyi torpaqları, qaçqınçılıq problemlərini, onların bizim başımıza açdığı oyunları, soyqırımları hər zaman dünyaya tanıtmaq niyyəti olub. Hər zaman da Azərbaycanın hüquqlarını dünyada təmsil edib. Umud müəllim işğaldan azad edilən əraziyə su da çəkdirib. BAMF nəyinki Azərbaycanda, dünyanın çox yerində tanınır. Onlar da Qarabağla bağlı Azərbaycan həqiqətlərini bilirlər. Hazırda BAMF-ın ANAMA ilə bağlı birgə layihəsi var.

Müharibə bitdi, torpaqlarımız işğaldan azad olundu. Buna baxmayaraq BAMF öz missiyasını yenə də daha xeyirli, faydalı davam etdirir. Hazırda bizim işğaldan azad olunan torpaqlarda minalardan təmizlənmə, maarifləndirmə prosesləri gedir. Ağdamda, Laçında əhali ilə görüşlər təşkil edilir. Onların daha təhlükəsiz qorunması üçün mina haqqında maarifləndirmə tədbirləri keçirilir”.

Vüsalə xanım sözlərinə davam edir:

“Üzdəniraq ermənilər Qarabağ torpağını minalarla çox çirkləndirib. Verdikləri xəritələrin hamısı da saxta xəritə olduğu üçün biz onlara inanmırıq. Çünki onlar qara xislətlərindən heç vaxt əl çəkmirlər. Hazırda bu yöndə işlər davam etdirilir. Sanki samanlıqda iynə axtarırıq.

Ermənilər kapitulyasiya sənədinə imza atsalar da sülhə gələ bilmirlər. Artıq Zəngilana köç başlayıb. Mən inanıram ki, iki, üç ilə, ən uzağı beş ilə köç tamamilə bitəcək. Əsas mina problemi həll olunmalıdır. Həm də ermənilərin darmadağın etdiyi ərazilərin bərpası prosesidir ki, ona da vaxt lazımdır. Sanki ermənilər bizim torpaqlarımıza atom bombası atıblar. İnfrastruktur qurulmalıdır. Ora köçən insanlara şərait yaradılmalıdır”.

Vüsalə xanım BAMF-ı bu cür təbrik etdi:

“Arzum budur ki, fondumuz uzun ömürlü olsun. Hər zaman öz xeyirxah missiyasını bütün sahələrdə davam etdirsin. Daha gözəl, daha müvəffəqiyyətli işlərə imza ataq. 30 illiyimiz mübarək olsun”.

BAMF-ın sabiq əməkdaşı Rey Kərimoğlu yubiley münasibətilə düşüncələrini dilə gətirdi.

“Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda özünün xüsusi yeri, çəkisi, belə deyək çox sahəli fəaliyyət istiqaməti olan bir təşkilatdır. 2007-ci ildən BAMF ilə əməkdaşlıq etmişəm. Burada çalışanda təəccüb elədim ki, cəmiyyətimizin bu təşkilatdan informasiyası yoxdur. Ölkə daxilində, media sahəsində gördüyü işlər təqdirə layiqdir. 2005-ci ildə “Müsavat” qəzetində çalışanda jurnalistlər üçün bir blaknot gətirdilər. İçində nazirliklərin, idarələrin, rayon icra hakimiyyətlərinin nömrələri vardı. Yazıların içində BAMF-ı gördüm, tale elə gətirdi ki, onun növbəti nəşrinin hazırlanmasında mən də iştirak etdim. Onu yenilədik, bütün redaksiyalara payladıq ki,  jurnalistlərin əlinin altında olsun. 

Fondun sloqanı: evdə sülh, məmləkətdə sülh, cihanda sülhdür. Torpaqlarımız işğaldan azad olundu. Orada bir sıra ərazilər qalıb ki, Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Azərbaycan bayrağı dalğalanmalıdır. BAMF-ın Qarabağda işi çoxdur. Ərazilərin minalardan təmizlənməsi, orada baş verənlərlə bağlı obyektiv və dürüst informasiyanın dünya ictimaiyyətinə çatdırılması gərəkdir. Məcburi köçkünlərlə bağlı lahiyələrin hazırlanması, icra olunması lazımdır. BAMF təhsillə, məcburi köçkünlərlə bağlı, minadan zərərçəkənlərlə və başqa bu kimi işlərlə məşğul olub. İşğaldan sonra da daha geniş məşğul olacaqdır. Əsas prioritetlərdən biri də budur.

Rey müəllim Umud Mirzəyevin gördüyü işlər barəsində də söz açır:

“BMT-in təhsillə bağlı keçirilən konfransında Umud müəllim çıxış edib. Orada ermənilərin torpaqlarımızı işğal etməsi nəticəsində 1 milyondan çox insanın öz yurdunda təhsil almaq hüququnun əlindən alındığından danışıb. Sərsəng su anbarının işğalda olması nəticəsində 7 rayonun susuz qalması barədə BMT-də çıxış edib.

BAMF-ın yaranma məqsədi konflikt zonalarında obyektiv məlumatın dünyaya çatdırılmasıdır. Bütün konfliklərin kökündə obyektiv informasiyanın olmaması çətinlik yaradır. Düzgün və obyektiv informasiya olanda insanlar doğru qərar verə bilir.

Minnətdarlığımı bildirirəm ki, belə bir təşkilatın bünövrəsi qoyulub. Əsərin memarı Umud müəllimdir. Onun yaxın çevrəsidir. Hətta deyərdim ki, onun ailəsi də bu fond yarananda, fəaliyyətində onunla birgə olub.

Uğurlar arzu edirəm. Arzu edirəm ki, Azərbaycan cəmiyyəti BAMF-ın timsalında böyük bir təşkilatı tanısın”.

Saytımızın əməkdaşı Yunis Abdullayev də BAMF-ın yubileyi haqda düşüncələrini bölüşdü:

“Beynəlxalq Avrasiya Mətbuat Fondu həm Azərbaycanda, həm də  beynəlxalq aləmdə öndə gedən nüfuzlu təşkilatlardan biridir. Bu təşkilat ölkəmiz üçün yüksək və orta elitanın, həmçinin vətəndaşların, qeyri- hökumət təşkilatlarının media subyektlərinin nəzdində çox diqqət çəkən işlər görüb. Bir çox ölkələrdən jurnalistləri ölkəmizə dəvət edib. Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin, beynəlxalq medianın hətta beynəlxalq təşkilatların, BMT-nin nəzərinə çatdırıb. Çox istərdim ki, Beynəlxalq Avrasiya Mətbuat fondunun Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən torpaqlarında, əsasən Hadrutda, Şuşada, Laçında, Ağdamda ofisləri açılsın.

Fondun gələcək fəaliyyətlərində uğurlar arzu edir, ölkənin sabitliyi, çiçəklənməsi və regionda sülhün və sabitliyin təmin olunmasında öz yolunu daha da artırmasını arzu edirəm".

BAMF-ın sabiq əməkdaşı Ayaz Mirzəyev də bu gün təsadüfən redaksiyadadır. Fürsətdən istifadə edib onun da fikirlərini öyrənə bilirəm:

“BAMF bir məktəbdir. Bu məktəbdə xüsusi biliklər keçirilir. Buranı bitirib diplom almaq da ayrıca qürür mənbəyidir. Üç ilə yaxın burada müxtəlif vəziflərdə çalışmışam. BAMF-ın gördüyü işlər miqyasca çox böyükdür. Burada söhbət təkcə gündəlik görülən cari fəaliyyətlərdən getmir. Eyni zamanda il ərzində həyata keçirilən çoxlu sayda layihələri deyə bilərəm. Beynəlxalq sahədə sülhün tərənnüm olunması, konfilikt yaşayan region və dövlətlər, onlar arasında hansı formada dialoqun nail olunması BAMF-ın faəliyyətinin əsas qayəsidir, amma təşkilat təkcə bunlarla da kifayətlənmir. Burada jurnalistlərin bilik və bacarığının artırılması, müxtəlif xarici təlimçilərin Azərbaycana dəvət olunması kimi fəaliyyət istiqamətləri var. Əsas qayə təbii ki, sülhdür, sülhə doğrdur”.

Ayaz bəy sonda ürək sözlərini də dedi:

“Fondun şinelindən çoxlu sayda jurnalist, hüquqşünas, ekspert, təlimçi, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və.s keçib. Fondun sözünü deyən çoxlu sayda ordu var. Hər halda onların mövcudluğu fondun özünün mövcudluğu deməkdir. Fond həmin adamlarla fəxr edir. 30 illik yubileydə arzum, istəyim odur ki, fond daha böyük nailiyyətlər əldə etsin, jurnalistlərlə bağlı çoxlu layihələri olsun, Azərbaycanın haqq səsinin dünya miqyasında çatdırılmasında həmişə oynadığı rolu daha böyük əzmlə yerinə yetirsin. Fondun sədri olaraq Umud müəllimə Allah can sağlığı versin, onun zəhmətkeşlik şövqü heç vaxt sönməsin. Çünki o varsa digər işçilər də o işığın fonunda çalışacaqlar ki, öz işlərini qursunlar, daha keyfiyyətli məhsul yaratsınlar”.

BAMF-ın sabiq vitse-prezidenti Ramil Əzizov da yubileylə bağlı təəsüratlarını bizimlə bölüşdü:

“Ürəkdən təbrik edirəm, BAMF böyük bir məktəbdir. Uzun müddət BAMF-da çalışan insan kimi deyə bilərəm ki, beynəlxalq arenada bu qurumun adı gələndə hər zaman nüfuzlu şəxsiyyətlər, müxtəlif  beynəxalq qurumların təmsilçiləri hər zaman hörmətlə yanaşır. BAMF müxtəlif istiqamətlərdə fəaliyyəti ilə dünya gündəmində də maraq dairəsi yaratmışdır. Umud müəllimin səyləri nəticəsində, onun yorulmaz iradəsi nəticəsində bu təşkilat yuxarı mənsəbə qalxmış və dünya çapında tanınmışdır.

BAMF-ın media qanadı olan Ednews.net Azərbaycan və dünya həqiqətlərini dörd dildə təqdim etməklə ölkə gündəminə nümunə oldu”.

Redaksiyada “Əl-Cəzirə Media Şəbəkəsi”nin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Boubanın da ayaqüstü fikirlərini aldım:

“Beynəlxalq Avrasiya Mətbuat Fondunu yaxından tanıyandan təşkilatın prezidenti Umud Mirzəyevin arı kimi hər zaman zəhmətkeş və çalışqan biri olduğuna şahid oldum. Təbii ki, onun rəhbəri olduğu təşkilat məhz onun çəkdiyi zəhmət sayəsində ərsəyə gəlib. Mən onun iş rejiminə diqqət edəndə, həqiqətən də bu insanın 12 saat durmadan fəaliyyət göstərdiyinə şahid oldum. Maşallah olsun, o yaşlı olsa da, çox çalışqandır. O həqiqətən də, jurnalistika aləmi üçün çox gözəl və böyük işlər görür. Onun gördüyü işlər jurnalistika və jurnalistika etikası üçün böyük bir mesajdır. Bu mesaj həmçinin, onun təsis etdiyi təşkilatın bizim- Əl-Cəzirə ilə 10 illik əməkdaşlığına söykənir. Bu əməkdaşlıq mart ayında imzalanan qarşılıqlı və müştərək əlaqələr məqsədilə imzalanan memorandumla daha da möhkəmləndirilib. Çünki, Əl-Cəzirə və BAMF birgə fəaliyyət nəticəsində artıq jurnalistlər üçün birgə təlimlər təşkil edir. BAMF-a tez-tez səfirlər və mötəbər şəxslər baş çəkir. Umud qardaşımızla əlaqələrimizi qurarkən, onun fəaliyyətinə də nəzər saldım. Həqiqətən də, o işinə bağlı və zəhmətkeş bir insandır. O qədər məmur tanıyıram ki, onlar öz kürsülərindən qalxmırlar. Lakin bu şəxs günün 24 saatı, daima fəaliyyətdə olmasına baxmayaraq, heç zaman o kürsüdə əyləşməyi sevməyib. Mən bu barədə dostum Əhmədə də danışdım. Ona dedim ki, bu insan sakit dayanmır, daima fəaliyyətdədir. O heç bir zaman ağır işdən boyun qaçırmayıb. Mənə elə gəlir ki, onu bu qədər peşəkar edən səbəb məhz onun qatlaşdığı zəhmətli işidir”.

BAMF-ın nigeriyalı əməkdaşı Con Ayomide də yubiley haqqında fikirlərini bölüşdü:

“2015-ci ildən BAMF-ın təşkil etdiyi “Beynəlxalq tələbələr klub”unda iştirak edirdim. 6 il sonra qurumun əməkdaşı kimi çalışmağa başladım. Burada proqram departamentində fəaliyyət göstərirəm. BAMF ailə və məktəb kimidir. Həmçinin fondda kariyera qurmaq üçün də fürsət var. Umud Mirzəyev bir çox xarici tələbələr üçün burada yaxşı şərait  yaradıb. O tələbələrdən biri də mənəm. Bu gün də BAMF-da çalışıram. Səmimi qəlblə BAMF-ı, Umud müəllimi təbrik edirəm. Daha böyük uğurlar arzu edirəm”.

 

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
Hamısı