Ötən gün Siyəzən rayonunun Zarat kəndi ərazisində-Xəzər dənizi sahili boyu yeni çəkilən -Rusiya sərhədi yolunun ətrafında başlayan yanğın gecə saat 4-də tam söndürülüb.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, yanğın nəticəsində 5 hektar meşə və meşəətrafı sahə yanıb.
Alovun söndürülməsində FHN-nin Siyəzən və Xızı rayonlarından 3 yanğınsöndürən avtomobil və canlı qüvvəsi, Siyəzən Tayon İH və regional meşə təsərrüfatı əməkdaşları birgə iştirak ediblər.
Yanğının nədən baş verdiyi hələ açıqlanmır.