Bakının Nizami rayonunda yol qəzası baş verib.
Ednews xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, Ceyhun Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə əvvəlcə yol kənarındakı ağaca çırpılıb. İdarəetmədən çıxan avtomobil səkiyə dəyərək dayanıb.
Qəza nəticəsində “Opel”-də olan C.Ağayevin ailə üzvlərindən iki nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Apa.az-ın məlumatına görə, yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.