Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Xəbərə görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə 1 ədəd kondisioner, 1 ədəd televizor və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan 3 ədəd qapı qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.