“AzerGold” “Qaradağ” və “Xarxar” yataqları ilə bağlı müqavilə bağlamasına münasibət bildirib

Cəmiyyət 11:55 06.09.2022

AzərGold” QSC Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining PLC” şirkəti ilə “Qaradağ” və “Xarxar” sahələri üzrə məlumatların ötürülməsinə dair müqavilə bağlaması məsələsinə münasibət bildirib.

Ednews xəbər verir ki,Səhmdar cəmiyyətindən sorğusuna cavab olaraq bildirilib ki, ölkə prezidentinin 25 may 2016-cı il tarixli sərəncamına əsasən, “Çovdar”, “Göydağ” və “Dağkəsəmən” filiz sahələrinin, “Köhnəmədən” sahəsinin və “Kürəkçay” hövzəsi yataqları ilə bərabər “Qaradağ” filiz sahəsinin də öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və səmərəli idarə olunması “AzerGold”a tapşırılıb: “Cəmiyyət sözügedən sərəncama uyğun olaraq 2017-2021-ci illər ərzində “Qaradağ” filiz sahəsinə daxil olan “Qaradağ” və “Xarxar” mis-porfir yataqlarında geoloji kəşfiyyat və tədqiqat işləri həyata keçirib. Yataqlar üzrə geoloji məlumatların rəqəmsallaşdırılması məqsədilə 2018-ci ildə prosesə beynəlxalq məsləhətçi şirkət qismində “SRK Consulting” cəlb edilib. Belə ki, adıçəkilən yataqlar üzrə tarixi-geoloji məlumatlar rəqəmsallaşdırılıb, yataqların rəqəmsal geoloji modelləri yaradılıb. Bundan əlavə, yataqlarda 3D İP/Res formatında geofiziki tədqiqatlar aparılıb.

Yataqların resurslarının faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi - “JORC” standartlarının tələblərinə uyğun olaraq qiymətləndirilməsini təmin etmək məqsədi ilə 2020-2021-ci illər ərzində yerli “AT-GEOTECH” və “BLASTO” QSC-lər tərəfindən həyata keçirilən buruqqazma işləri çərçivəsində ümumi dərinliyi 30 000 metr olan 140 quyu qazılıb. Daha sonra 10 000 quyu nümunəsi kimyəvi analizdən keçirilib, ilkin metallurji tədqiqatlar aparılıb. Beləliklə, beynəlxalq JORC standartlarına uyğun olaraq yeni interpretasiya nəticələri üzrə proqnozlaşdırılan mis resursları “Qaradağ” yatağı üzrə 380-530 min ton, “Xarxar” yatağı üzrə 100 min ton qiymətləndirilib.

Bununla yanaşı, 2021-ci ildə “Qaradağ” və “Xarxar” yataqlarında Cəmiyyətin sifarişi əsasında “İQLİM LTD” MMC şirkəti tərəfindən ətraf və sosial-iqtisadi mühitin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işləri aparılıb, müvafiq hesabat tərtib edilib: “Anglo Asian Mining PLC” şirkətinin hazırda fəaliyyət göstərdiyi Gədəbəy rayonuna yaxın ərazidə yerləşməsi nəzərə alınaraq, “Qaradağ” və “Xarxar” filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı ilə bağlı hüquqlar 28 iyun 2022-ci il tarixli qanunla qəbul və təsdiq edilmiş, həyata keçirilməsinə icazə verilmiş Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq, Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Azərqızıl” Dövlət Şirkəti ilə "R.V. Investment Group Services, LLC" (ABŞ) şirkəti arasında bağlanmış sazişdə dəyişikliyə əsasən, sonuncuya verilib. “Azerbaijan İnternational Mining Company” ötən illər ərzində “AzerGold”un həyata keçirdiyi geoloji kəşfiyyat və tədqiqat işləri çərçivəsində hazırlanmış kəşfiyyat, tədqiqat və hesabat məlumatlarını əldə etmək üçün Cəmiyyətə müraciət edib. Nəticədə “Qaradağ” və “Xarxar” yataqları üzrə aparılmış kəşfiyyat və tədqiqat işlərinə sərf olunmuş vəsait nəzərə alınaraq “AzerGold” və “Azerbaijan İnternational Mining Company” arasında sözügedən yataqlar üzrə kəşfiyyat, tədqiqat və hesabat məlumatlarının sonuncuya verilməsi ilə bağlı 12 avqust 2022-ci il tarixli müqavilə bağlanılıb.

Müqavilənin ümumi dəyəri ƏDV daxil 4,72 milyon ABŞ dollarıdır. Belə ki, “Qaradağ” yatağı üzrə məlumatlar üçün ƏDV daxil 3,912 milyon ABŞ dolları, “Xarxar” yatağı üzrə məlumatlar üçün isə ƏDV daxil 808 min ABŞ dolları məbləğində vəsaitin “AzerGold”a ödənilməsi nəzərdə tutulub. Qarşı tərəf müqavilə üzrə ƏDV daxil 1,18 milyon ABŞ dolları məbləğində avans ödənişini həyata keçirib. Hazırda Cəmiyyət tərəfindən öz fəaliyyəti nəticəsində əldə edilmiş kəşfiyyat, tədqiqat və hesabat məlumatları və aidiyyəti sənədlər “Azerbaijan İnternational Mining Company” ilə təhvil-təslim edilir. Qalıq məbləğ isə müqavilə üzrə nəzərdə tutulmuş müddət ərzində ödəniləcək.

Sözügedən kəşfiyyat, tədqiqat və hesabat məlumatların tətbiqi ilə “Qaradağ” və “Xarxar” yataqları üzrə istismara hazırlıq işlərini sürətləndiriləcək, bu da mədənlərdə hasilat prosesinə daha tez başlamağa və nəticələr əldə etməyə imkan yaradacaq".

Xatırladaq ki, “Anglo Asian Mining PLC” şirkəti “AzerGold” ilə “Qaradağ” və “Xarxar” sahələri üzrə məlumatların ötürülməsinə dair müqavilə bağlandığı haqda məlumat verib. Müqaviləyə əsasən, “Qaradağ” yatağı üzrə məlumatlar üçün 3,3 milyon ABŞ dolları, “Xarxar” yatağı üzrə 700 min ABŞ dolları məbləğində vəsaitin “AzerGold”a ödənilməsinin nəzərdə tutulduğu qeyd edilib./report/

 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı