Daha üç qazi müalicə məqsədilə Türkiyəyə göndərildi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Daha üç qazi müalicə məqsədilə Türkiyəyə göndərildi

Cəmiyyət A- A A+
Müalicə məqsədilə ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu Türkiyəyə göndərilib.
 
Bu barədə Ednews-a “YAŞAT” Fondundan xəbər verilib. 
 
Peşə məktəblərinə qəbulun II mərhələsi bu gün yekunlaşır.
 
Qəlibçi yeni tikilən binadan yıxılaraq ölüb.
 
"Elektron prokurorluq" informasiya sistemi “Elektron hökumət” portalına qoşulacaq.
 
Bildirilib ki, onlardan ikisi - Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar.
 
Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
 
Xatırladaq ki, bu günə qədər 175 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...