Ombudsman 13 yaşlı qızın körpə dünya gətirməsini nəzarətə götürüb - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Ombudsman 13 yaşlı qızın körpə dünya gətirməsini nəzarətə götürüb

Cəmiyyət A- A A+

Ombudsman Səbinə Əliyeva Bakıda 13 yaşlı qızın körpə dünya gətirməsini nəzarətə götürüb.

Bu barədə Ednews-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər. Yeniyetmənin ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: "Eyni zamanda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlanıb".

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...