"Mən bu cihana sığmazam" serialının heyətinə yeni aktyor daxil olub.
Ednews xəbər verir ki, serialda məşhur aktyor Burak Altay da rol alacaq. O, "Habib" obrazına həyat verəcək.
Qeyd edək ki, layihənin baş rolunu "Kurtlar Vadisi"ndə "Süleyman Çakır" obrazı ilə tanınan Oktay Kaynarca canlandırır.