Ekspertlərdən həyəcan: Böyük tıxaclar olacaq - Qurumlar nə iş görür? RƏSMİ

Cəmiyyət 15:01 12.09.2022

Ekspertlər tədris ilinin başlaması ilə əlaqədar şəhərdəki tıxaclar barədə həyacan siqnalı veriblər. Onların fikrincə, onsuz da dolu olan küçə və prospektlər sentyabrın 15-dən sonra daha da dolub daşacaq. Hazırda nəqliyyatın hərkətində böyük sıxlıq var, məktəblər, ali təhsil müəssisələri açıldıqdan sonra isə bu özünü daha da qabarıq formada biruzə verəcək.

Bəs, bu problemin həlli üçün hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Ednews-a açıqlamasında bildirib ki, paytaxtda yaşamağın üstünlüklərindən istifadə edən hər bir vətəndaşımız buradakı real vəziyyəti düzgün qiymətləndirməlidir:

"Kimsə sıxlıqların qarşısının tam alınacağını hesab edir. Amma bu, mümkün olan reallıq deyil. Məsuliyyətli davranış tərzi isə bir çox məsələni həll edə bilər. Məsələn, sürücü gedəcəyi yolu və dayanacağı nöqtəni əvvəlcədən qiymətləndirmirsə, başqalarını düşünmədən özünün iş yerinin və ya övladının məktəbinin qarşısında yolun ortasında hərəkəti iflic edirsə və bu hərəkətlərinə min bir bəhanə ilə haqq qazandırmağa çalışırsa təbii ki, problemlər də qaçılmaz olaraq qalacaq”.

DYP rəsmisi Respublika ərazisində 1 milyon 700 minə yaxın avtomobil parkının olduğunu da qeyd edib. Onun sözlərinə görə, avtomobillərin 70%-i paytaxtda idarə olunur.

“Əlavə olaraq, gündəlik regionlardan paytaxta şəxsi məqsədlərlə səfər edən insanların da sayını nəzərə alsaq, bu kifayət qədər ciddi göstəricidir. Bakı şəhəri ərazisində yay mövsümünün bitməsi, iş sezonun açılması, yeni tədris ilinin başlaması sıxlıqları qaçılmaz edəcək. Polis bəs bunun üçün nə edə bilər? Bu cür sualları, adətən, polisə ünvanlayırlar, amma bu sualı polisə ünvanlamaq bir qədər sadəlövhlükdür. Biz onsuz da xidmətimizi gücləndirilmiş formada, xüsusi plan üzrə təşkil edəcəyik. Amma heç kimə də deyə bilmərik ki, şəxsi avtomobiliniz ilə küçəyə çıxmayın. Ən yaxşı halda insanları qaydalara riayət etməyi tövsiyə edə bilərik. Tıxacların qarşısını almaq üçün aidiyyəti dövlət orqanları planlı formada hərəkət etməlidir. Məqsədimiz cəmiyyətə düzgün təbliğat aparmaq və məsuliyyət hissinin mahiyyətini çatdırmaqdır. Qaydalara düzgün əməl etməyin hamının həyat tərzini rahatlaşdırdığını, təhlükəsizliyin qorunması üçün əsas şərt olduğunu unutmamalıyıq”.

Tıxaclardan can qurtarmağın daha bir yolu isə metropolitendir. Bəzi şəhər sakinləri şəxsi avtomobillərindən imtina edərək metroya üstünlük verir. Lakin metroda vəziyyət daha da çətin olur. İnsanların sıxlığı daha çox məhz burada yaşanır.

Metro yeni tədris ilinə necə hazırdır?

“Avqust ayından başlayaraq Bakı Metropoliteni bütün monitorinqlərin istiqamətini məhz yeni tədris mövsümünün başlamasına uyğun qurub”. 

Bu sözləri Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, stansiyalarda metropoliten infrastrukturunda təbii ki, bütün işlər məhz buna uyğun olaraq planlaşdırılıb.

“Sərnişin axının və sıxlığının ilkin variantları hesablanır. Yaxın bir həftə ərzində bu işlər tamamlanacaq və bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Xüsusilə qeyd edim ki, ilk növbədə qatarların hərəkət qrafikində müvafiq dəyişikliklər ediləcək. Bununla bağlı işlər sürətlə aparılır. Bundan əlavə olaraq təbii ki, sərnişin sıxlığı müəyyənləşdirilərək, eskalatorların fəaliyyətində müvafiq tənzimləmələr həyata keçiriləcək. Avqust ayı ilə müqayisədə Bakı Metropoliteninin sərnişin daşıması sentyabrın əvvəlinə görə bir o qədər artmayıb. Artıq sentyabrın növbəti həftəsində sərnişin sıxlığı qismən artmağa başlayacaq. Sentyabrın 15-dən etibarən metropoliten tam olaraq yeni istiqamətdə fəaliyyətini quracaq”.

Qeyd edək ki, bu tendensiya avtobuslarda da bir çox problemlərə yol açacaq. Avtobusların paytaxt küçələrində saatlarla tıxacda qalması isə bir ayrı dərddir.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev tıxaclarda avtobusların hərəkət mexanizmindən danışıb. Qurumun mətbuat katibi qeyd edib ki, tələbatın artacağını nəzərə alınaraq daha öncədən qabaqlayıcı tədbirlər görülüb.

“Gündəlik xəttə çıxarılan avtobus sayının və onlar arasında interval sərnişin axınına uyğun tənzimlənməli, eləcə də, tələbat olan xətlər üzrə avtobus sayı artırılacaq. Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün sərnişinlərə ,o cümlədən fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bundan başqa şəhər sakinlərini mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq”.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Hamısı