“Azərbaycanda zahirən bitmiş müharibə, təzədən içdən qaynayır” Məhəmməd Qulam Bouba yazır

Cəmiyyət 16:00 16.09.2022

Ednews “Əl-Cəzirə” Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Boubanın “Azərbaycanda zahirən bitmiş müharibə, təzədən içdən qaynayır” adlı yazısını təqdim edir.

Vidadi Məmmədov həyəcanla, ömrünün ən faciəli anından- minanın onun bədəninə yetirdiyi xəsarətlərdən danışır... Sanki mina o zaman deyil, elə bu dəqiqələrdə partlayıb...
Onun sözlərinə görə, mina onun ayağının tikə-tikə olmasına, ona ağır xəsarətlərin yetirilməsinə, yuxu və əsəblərinin pozulmasına da səbəb olub. 
Azərbaycanın qərbində yerləşən Tərtər sakini 50 yaşlı Məmməd ürək ağrısı ilə mina partlayışı nəticəsində həlak olan  yoldaşından və aldığı xəsarətlərdən danışır. Məmməd gözlərini uzaqlara dikib, o günü yenidən yaşayır: “Mən necə qorxmuşdumsa, dəhşətli ağrılardan huşumu itirdim”.
Dərinin soyulması və ətin kəsilməsi
 
O, keçirdiyi əməliyyatları, o cümlədən mina nəticəsində aldığı xəsarətlərin hər birini xatırlayarkən, fikirləri darmadağın olur…
 
Əslində Məmmədin hekayəsi nə Bakıdan 327 kilometr aralıda yerləşən Tərtər rayonunun yüzlərlə yaşayan sakinlərindən, nə də Qarabağın digər rayonlarında yaşayan insanlardan fərqlənmir. 
 
27 yaşlı Həsənov müharibədə ayağının minaya düşməsi haqda danışır. 2020-ci ilin iyun ayında rayonun yaxınlığında mal-qaranı otararkən, qoyunlardan birinin minaya düşməsini eşitdi. Əvvəl o, artilleriya hücümu olduğunu düşünüb qaçıb, gizlənir.. Daha sonra geri qayıdarkən ayağı minaya düşür.
"Hiss etdim ki, ölürəm..çox qan itirdiyimi görəndə huşumu itirdim. 3 ay xəstəxanada yatdım", - deyə o, danışır.
Partlayış onun bir ayağının sınmasına və bədəninin bəzi hissələrinə ağır xəsarət alması ilə nəticələnib. Bakıda keçirdiyi əməliyyatla ayağına protez taxılıb. Bütün bu müalicələrə baxmayaraq, o özünü rahat hiss edə bilmir...
Rəqəmlər
 
2020-ci ildə II Qarabağ müharibəsi başa çatdıqdan sonra minalar və partlamamış hərbi sursatlar 32 mülki şəxsin ölümünə və yetmişdən çoxunun yaralanmasına səbəb olub. İşlər başa çatdıqdan sonra hökumət azad edilmiş torpaqlarda 67 min mina və partlamamış hərbi sursatları təmizləyib.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, müharibədən sonra ANAMA 50 min hektardan çox ərazini minalardan təmizləyib.
Hökumət hazırda xüsusilə Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bir milyondan çox insanın yerləşdirilməsini planlayır.
 
Hökumətlə yanaşı, dörd vətəndaş cəmiyyəti təşkilatı, xüsusilə də 2000-ci ildən minalardan təmizləmə əməliyyatlarına başlayan Beynəlxalq Avrasiya Mətbuat Fondu da minalara qarşı ciddi mübarizədə fəal iştirak edir. Bu haqda Fondun regional direktoru Oğuz Mirzəyev bildirib. Hazırda ofisin 80 əməkdaşı və Fondun bir sıra beynəlxalq təşkilatlarla tərəfdaşlığı mövcuddur.
Fondun regional ofisinin əməliyyatlar üzrə direktoru Şahin Allahverdiyevin sözlərinə görə,  2020-ci ilin sonlarından bəri  təşkilatın bölmələri hər iki növün üçdə ikisini təşkil edən 1112 tank və 1160 piyada əleyhinə olan minadan təmizləyib.
O, əlavə edir ki, bu minaların bəziləri 1990-cı illərin əvvəlləri, digərləri isə 2-ci Qarabağ müharibəsindən sonra basdırıldığı görünür.
 
Şahin Allahverdiyevin sözlərinə görə, fondun işi tək minalarla deyil, raketlər, tank sursatları və toplarla mübarizədən ibarətdir.
O, döşənmiş minaların sıxlığına diqqət yetirərək, bildirib ki, cəbhə xəttində dərinlik bəzən 7-8 kvadratmetrə, bəzən isə 10-15-ə qədər çatır.
Müşahidələr
 
Tərtərdən üzü qərbə doğru, Ermənistanla sərhəd boyunca asfalt çəkilmiş yolda yeriyirik.. O yollarda ki, müharibədən sonra təmizlənmə əməliyyatları keçirilib. Bu təmizləmə əməliyyatlarında neçə-neçə fəhlələrin ölümü və yaralanması ilə nəticələndiyini müşahidə edirik.
 
Bu qorxunc rəqəmlər- azad olmuş torpaqlarda minaların nə qədər yayıldığının və Qarabağdan köç edənlərin öz evlərinə dönmələri üçün hökümət və vətəndaş cəmiyyətinin  minalara qarşı ciddi mübarizənin göstəricisidir. Əgər yerin üstündəki savaşlar 2 ildən bəri yenidən çat vermədən keçici olaraq bitmişdisə, bu pislikləri yerin dərinliyindən söküb atmaq üçün böyük müharibənin təzədən başlayacağına və qısa zamanda bitməyəcəyinə gətirib çıxarır.
 
Ərəb dilindən tərcümə edən: Rəna Mürşüd

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı