Türkiyə ilə Amerikanın “Axiom Space” şirkəti arasında Milli Kosmos Proqramı çərçivəsində ilk türk astronavtının kosmosa göndərilməsi ilə bağlı müqavilə imzalanıb.
Ednews xəbər verir ki, bu barədə Respublikanın Sənaye və Texnologiya naziri Mustafa Varank "Twitter" hesabında məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Kosmos Konqresində Türkiyənin ilk insanlı kosmos missiyası üçün “Axiom Space” ilə TÜBİTAK Kosmos Texnologiyaları Araşdırma İnstitutu (UZAY) arasında müqavilə imzalanıb.