Vətən müharibəsi zamanı qazi olan Elnur Səmədov Dədə Qorqud şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində iştirak edən Ednews-un əməkdaşları hadisə yerindən fotoları təqdim edir.
***
05:32
Ednews xəbər verir ki, doqquz aydır leykozdan əziyyət çəkən Elnur Səmədov 18 sentyabr müalicə aldığı xəstəxanada şəhid olub. Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. Qeyd edək ki, Səmədov Elnur Qalib oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.
FOTOLAR-Fariz Faiqoğlu, Şəhriyar Əbdürəhimov