Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
Ednews manset.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki şəxsi avtomobil vurub.
Nəticədə həmin şəxslər dünyasını dəyişib. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Dövlət Gömrük Akademiyasının tədris şöbəsinin rəisi gömrük mayoru İslam Hüseynov bildirib ki, dünyasını dəyişən şəxslərdən biri akademiyanın tələbəsidir, digər ölən şəxsin kimliyi hələlik bilinmir.
Ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Dünyasını dəyişən şəxslərin Dövlət Gömrük Akademiyasının tələbələri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.