Azərbaycanda ilk Milli Şəhərsalma Forumu keçiriləcək - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycanda ilk Milli Şəhərsalma Forumu keçiriləcək

Cəmiyyət A- A A+
Azərbaycanın ilk Milli Şəhərsalma Forumu oktyabrın 5-i və 6-da Bakı və Ağdam şəhərlərində keçiriləcək.
 
Ednews BMT-nin Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək Forumda şəhərsalmaya dair ölkənin qarşısında duran vəzifələr müzakirə olunacaq.
 
Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələrin qurulmasıdır.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...