“TikTok”da 60 nəfəri aldadan qadınla bağlı ARAŞDIRMA başladı - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

“TikTok”da 60 nəfəri aldadan qadınla bağlı ARAŞDIRMA başladı

Cəmiyyət A- A A+
Sosial şəbəkələrdə dələduzluq edən qadın peyda olub. Ednews “unikal”a istinadən xəbər verir ki, Qasımova Vüsalə Rizvan qızı “TikTok” sosial şəbəkəsində insanlara lotereya oynamağı təklif edib. O, həmin şəxslərin hər birindən 200 manat alsa da, vəd etdiyi pulu ödəməyib. Həmin qadının 60 nəfərə yaxın şəxsin pulunu aldıqdan sonra sosial şəbəkə hesablarını bağladığı, nömrəsini isə dəyişdiyi bildirilir. Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən qadınla bağlı araşdırmalara başlayıb. Bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...