Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Talıbov Şamil Asim oğlu sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə Ednews-a Milli Məclisdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, parlament rəhbərliyi Ş.Talıbovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.