Davamlı nəşr olunmayan qəzetlərdə çalışan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Davamlı nəşr olunmayan qəzetlərdə çalışan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək

Cəmiyyət A- A A+

İşlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə ilə bağlı jurnalistin Media Reyestrinə daxil edilib-edilməyəcəyi müəyyənləşdiriləcək.

Ednews xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Jurnalistin işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə “Media haqqında” qanunda nəzərdə tutulmuş müddətdən artıq olduqda jurnalistlərin Reyestrə daxil edilməsindən imtina olunacaq.

Qanuna əsasən, bu müddət aşağıdakı kimidir:

- 1 (bir) il ərzində 12 (on iki) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər;

- 1 (bir) il ərzində 9 (doqquz) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər;

- 1 (bir) il ərzində 6 (altı) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər;

Qeyd edək ki, yuxarıda qeyd olunan qəzetlər davamlı yayımlanan nəşr hesab olunur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...