Şəhid atası: “Təxribatlardan sonra xəstəliyi aqressivləşdi” MÜSAHİBƏ

Cəmiyyət 13:33 27.09.2022

Bu gün Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. 2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak edən Elnur Səmədov oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb.

Doqquz ayd leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.  

Ednews vətən döyüşlərində şəhid düşən Elnur Səmədovun atası Qalib Səmədovla müsahibəni təqdim edir: 

- Elnur Səmədovun uşaqlığı necə keçib?

- Həyatı, dostlarını sevirdi. Onlar üçün hətta canını qurban verərdi. Ailə qurmaq istəyirdi. Belə mövzuları anası ilə danışırdı. Bu barədə anasına xəstəxanada olanda danışmışdı.

- Dərslərini necə oxuyurdu?

- Pis deyildi. Kaspi universitetində “Komputer şəbəkələrinin hazırlanması və qurulması” fakutləsini bitirmişdi.

- Müharibə vaxtı sizinlə tez-tez danışırdımı ?

- Bir dəfə dedi, ata mənimlə danışdığın gün artıq üçüncü gün idi ki, dağlıq ərazidə ac qalmışdıq. Qar yağmışdı. Texnika hərəkət edə bilmir, yemək gətirə bilmirdik. Sən soruşanda ki, yemək yemisən, mən sənə "hə" dedim. Amma üç gün idi yemək yemirdik. Müharibə asan bir şey deyil, nə isti yerin, nə isti yeməyin, nə də rahat yuxun olur. Elnurun indi də yeri görünür. Elə oradaca uzanardım gəlib boynumu qucaqlayardı.

- Hərbini sevərək seçmişdi?

 - Hərbini də sevərək seçmişdi. Dostlarına həmişə deyirdi ki, hərbidə seçiləcəm. İstəyinə də çatdı. Komandiri zəng vurmuşdu. Ağlaya-ağlaya onun necə əsgər olduğundan danışdı. Ürəyi təmiz, saf....

- Hərbi xidməti harada keçmişdi?

- Birinci Gəncədə xidmət göstərmişdi. Sonradan Ağstafaya aparmışdılar. 2020-ci ilin avqust ayında mənə zəng vurdu dedi ki, Daşkəsəndəyik. Səngər qazırıq, təlim keçirik. Sonra müharibə başladı. İki dostu şəhid oldu.  

- Elnur Səmədovun müharibədən sizə bölüşdüyü xatirələrindən danışa bilərsizmi ?

- Başına gələn hadisələrə rəğmən danışmağı sevmirdi. Təsadüfən söz açılanda danışardı. Bir dəfə danışmışdı: “Diversantlar gecə vaxtı posta hücum etmişdi. Hər tərəf dumanlı idi. Əlimdəki fənərlə həmin istiqamətə tutanda gördüm bir qaraltı keçdi. Qarşı tərəfə parol səsləndirdi ki, onu tamamlasın. Cavab gəlməyəndə də göyə atəş açdı. O biri əsgərlər də atəş açmağa başladılar”.   

Danışırdı ki, bir dəfə komandirlərinin verdiyi koordinatları hədəf almışdıq. Koordinatlara dəqiq zərbə endirəndən sonra komandirlə birgə həmin vurulan yerə gediblər. Komandir üç erməni leşini görəndə deyib ki, Elnur bunları sənmi leş etmisən?    

- Vətən müharibəsi dövründə harada döyüşüb?

- Daşkəsən tərəfdən başlayıb, Füzuli Cəbrayıla qədər döyüşüb. Qubadlıda yaralanmışdı. Qəlpə yarası var idi. Özünü tankdan atmışdı ki, əsgər yoldaşları da oradan çıxa bilsinlər. Oktyabrın 25-i mənə zəng vurub dedi ki, yaralanmışam. Elnuru Bakıya gətirdilər. Müdafiə Nazirliyinin Hospitalında əməliyyat olundu. Ayağının bərpa olunması üçün 20 gün məzuniyyət vermişdilər. Bir çox yerlərə aparıldı. Sonradan da təxris müddəti başa çatdı.  

- Xəstəliyini nə zaman öyrəndiniz?

- Oktyabrda təxris olunmuşdu. Noyabrda mədəsindən şikayətlənirdi. Bir müddət sonra yanvar ayından isə yemək yeyə bilmirdi. Həkimə yoxlayanda dedi ki, mədəsi qanla doludu. Mədəaltı vəzi tərəfdə 12 sm uzunluğunda şiş var. Həkim başqa ölkələrdə həkimlərə yoxlatmağımızı bildirdi. Moskvaya yollandıq. 18 gün sonra Elnura kəskin limfoblast leykoz diaqnozu qoyuldu.

Bu il sentyabrın 12-13-də baş verən döyüşlər ona təsir edirdi. Telefonu əlindən buraxmırdı. Hər an müharibə ilə bağlı xəbər alırdı. Əsgər yoldaşlarından çox narahat idi. Bu hadisələrdən sonra onun xəstəliyi aqressivləşdi. Biz də Hemotologiya İnstitutuna getdik. Həkim mütləq şəkildə Türkiyəyə getməli orada Təcili kimyaterapiya olunmağını bildirdi. Bilet yox idi, bildirdim ki, övladım qazidir. Nəzərə alıb biletin vaxtını dəyişdilər. Yaşat Fondu vasitəsilə bütün köməkliklər edildi. Türkiyədə Hava limanına kimi bizi aparıb bütün sorğularımızı cavablandırdılar. Həkimlər dedi ki, müalicənin müddəti bitdikdən sonra 1 aylıq sizi Azərbaycana göndəririk. Bir ay sonra donor tapılandan sonra dəvət edəcəklərini bildirdilər. İlik köçürmə əməliyyatı gerçəkləşəcək. Sevinirdik ki, Azərbaycana qayıdırıq. Elə hey deyirdi ki, başqa yeri istəmirəm. Ancaq Bakıya geri dönmək istəyirəm.

Azərbaycana qayıtıdıq və Bakıda kimyaterapiyaya başlamalı olduq. Bu müalicələrdən sonra xəstəliyində müsbət dəyişikliklər var idi. Sadəcə donor axtarışında idik. Türkiyədən bizə zəng vurdular ki, qan lazımdır. Biz Yaşat Fondu vasitəsilə qanı göndərdik. Amma bu yaxınlarda baş verən sentyabr təxribatlarından sonra xəstəliyi daha da pisləşdi.  Elnur şəhadətə qovuşdu.

Söhbətləşdi: Ayan Rzayeva

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Hamısı