“Qarabağda taxıl əkininə ayrılan sahələr 100 min hektara kimi artırılacaq” - RƏSMİ - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

“Qarabağda taxıl əkininə ayrılan sahələr 100 min hektara kimi artırılacaq” - RƏSMİ

Cəmiyyət A- A A+
“Bu il Qarabağda taxıl əkini sahəsi artırılaraq 70 min hektara çatdırılacaq”. 
 
Ednews apa.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.
 
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədə taxıl biçilib: 
 
“70 min hektar sahədə isə payızlıq taxıl əkini nəzərdə tutulub. Ermənilər işğaldan azad olunmuş ərazilərdə ekoloji fəlakət yaradıb, əkinə yararlı torpaqlar deqradasiyaya uğradılıb. Torpaqların bərpa edilməsi, yenidən əkinçilik mədəniyyətinin formalaşdırılması istiqamətində işlər aparılır, o cümlədən bölgələrə uyğun taxıl sortlarının seçilməsi həyata keçirilir”. 
 
Onun sözlərinə görə, Füzuli, Zəngilan, Qubadlı rayonlarında, o cümlədən Laçının bir hissəsində bu il taxıl əkilib:  
 
“Ərazilərin minalardan təmizlənməsi işləri genişləndikcə, məskunlaşma artdıqca taxıl əkininə ayrılan sahələr 100 min hektara kimi artırılacaq”. 
 
İ.Cümşüdov əlavə edib ki, bu il taxılla yanaşı, pilot olaraq şəkər çuğunduru da əkilib:  
 
"Qubadlı rayonunda "Azərşəkər" tərəfindən şəkər çuğunduru əkilib. Noyabr ayında isə yığım başlayacaq". 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...