Şəhid anası: “Oğlumu Cənnətdə görürəm” MÜSAHİBƏ

Cəmiyyət 17:00 27.09.2022
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Vüsal Şahmarlıdır.
 
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak etmişdir. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 35 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olmuşdur.
 
Ednews Vətən şəhidi Vüsal Şahmarlının anası Sevər Şahmarlı ilə müsahibəni təqdim edir. 
 
- Vüsalın hərbiyə olan marağı haradan qaynaqlanır?
 
- Vüsal vətənini, torpağını, xalqını çox sevirdi. Çünki o ilk öncə onu Yaradana çox bağlı  idi və onu çox sevirdi. Oğlum çox imanlı bir uşaq idi. Onun bir amalı olub - bu dünyaya imtahan üçün gəlmişik və şərəflə imtahanı verib, bu dünyadan köçməliyik. Onun hərbiyə olan marağı da məhz bunlardan qaynaqlanır.
 
- Oğlunuzun qeyri-adi nə bacarıqları var idi?
 
- Vüsalın qeyri-adi bacarığı onun bütün idman növlərinə marağı olmasıdır. Vüsal həvəskar idmançı idi, çünki dəhşət dərəcədə bütün idman növlərinə marağı var idi. Elə bir idman növü yox idi ki, onunla məşğul olmasın. Hər şeyə çox həvəslə yanaşardı. Amma ən üstün bacarığı oğlumun yaxşılıq etməsi idi. O yaşından, statusundan asılı olmayaraq, hər kəsə yaxşılıq edərdi. Oğlum şəhid olandan sonra əmin oldum ki, həqiqətən də şəhidlər seçilmiş olur. O hədiyyə almağı yox, daha çox hədiyyə verməyi sevərdi. İnsanlara bəxş etdiyi sevincdən o da xoşbəxt olardı. Bunu sadəcə mən yox, qohum-qonşular mənə söyləyirdi. Mən oğlumla fəxr edirəm, amma o ki, ətrafdan onun yaxşılıqları haqda sözlər eşidirəm, oğlumla daha da qürurlanıram.
 
- Şəhidlik zirvəsinə yüksəldiyi ana qədər olan döyüş xatirələri barədə nə deyə bilərsiz?
 
- Vətən çağırış edəndə, Vüsal hər bir vətəndaş kimi müharibəyə yollanmağı özünə borc bildi. O sevincli bir halda getdi. İlk öncə təlimlərdə iştirak etdi, daha sonra isə oktyabrın 5-də cəbhə bölgəsinə yollandı. O Füzülidə xidmət göstərirdi. Biz hər gün əlaqə saxlayırdıq. Hər danışığında bizlərə cəbhədə olan gərginliyi hiss elətdirmirdi. Təkcə oğlum yox, orda xidmət göstərən hər bir əsgər seçilmişdi. Onların qəhrəmanlığı və cəsurluğu digərlərindən seçilirdi. Yalnız oktyabrın 9-da atası ilə danışkən halallaşanda artıq vəziyyətin gərginliyini anladıq. Oğlumla son danışığımız Azərbaycanın 18 oktyabr Müstəqillik günündə, saat 10:35 radələrində oldu. O zaman Füzulinin azad olma sevincini bizlərə bəxş etdi. Əsgər dostlarının sözlərinə görə, 35 dəqiqədən sonra oğlum erməni snayperi nəticəsində şəhidlik zirvəsinə ucaldı.
 
Oğlum 1 il 8 ay Gədəbəy bölgəsində xidmət göstərirdi. O həmçinin aprel döyüşlərində də iştirak etmişdi. Mayın biri qayıtmalı idi, amma döyüş səbəbindən buraxılmadı. 11 gün ondan xəbər ala bilmədik. O günlər mənə illərə bərabər oldu. Mən artıq bütün xəbərlərlə barışmışdım. Amma təki bir xəbər alım. Xoş xəbərini alandan sonra Allah onu mənə 4 il bağışladı, daha sonra yanına aldı. Allah ilk müharibədə onu mənə bağışladı, ikincidə isə şəhidlik zirvəsinə qaldırdı. Şükürlər olsun bu günümüzə ki, mən bir şəhid anasıyam. Bütün şəhidlərin qarşısında baş əyirəm, qazilərin isə alnından öpürəm.
 
- Yuxularınıza tez-tezmi gəlir?
 
- Oğlum yuxularıma tez-tez gəlir. Onu torpağa verdikdən 15 gün sonra yuxuda onunla görüşdük. Mən onu yuxularda cənnətdə görürdüm. Vüsal hər cümə axşamları yuxuma gəlirdi. Amma nədənsə son 3 həftə yuxu görmədim. Oğlum  evdən 2020-ci ilin oktyabrın 21-də çıxmışdı. İki il sonra 2022-ci ilin həmin günü oğlumu yenə yuxumda gördüm. Onu bağrıma basdım. Yuxuda onun mənimçün darıxdığını hiss etdim. Ondan soruşdum: -"Ana qurban, bəs niyə gəlmirdin yuxularıma? Səndən ötrü darıxıram, burnumun ucu göynəyirdi sənin üçün". O isə cavabında məni bərk qucaqlayaraq, qoxumu içinə çəkərək dedi: -Ana, mən də səndən ötrü çox darıxırdım. O yuxularıma da şükürlər olsun. Çünki o yuxuları da mənə bəxş edən Rəbbimdir. Məni bu iki dünyada Vüsalıma qovuşdurdu.
 
Söhbətləşdi: Rəna Mürşüd
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı