“Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir” - Alev Kılıç - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

“Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir” - Alev Kılıç

Cəmiyyət A- A A+
"Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir, bununla da sərhədin delimitasiyası və demarkasiyası prosesinə, nəqliyyat-logistika marşrutlarının açılmasına mane olur. Ermənistan danışıqları bilərəkdən ləngidir".
 
Ednews xəbər verir ki, bu fikirləri Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Alev Kılıç Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.
 
Mərkəzin direktoru Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunun səmərəli olacağına əminliyini ifadə edib.
 
“Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə regiona ədalət qayıdıb. Məqsədimiz regionda təhlükəsizliyi, sabitliyi və sülhü təmin etmək naminə çalışmaqdır. Bu, vacib məsələdir. Çünki Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən bir halqadır. Məhz bu, bugünkü tədbiri unikal və əhəmiyyətli edir", - A.Kılıç bildirib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...