Azərbaycan əhalisinin 2,3 milyonu gənclərdir - ednews.net

5 Dekabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycan əhalisinin 2,3 milyonu gənclərdir

Cəmiyyət A- A A+
Azərbaycanda əhalinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir.
 
Ednews xəbər verir ki, bu barədə "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. 
 
Bildirilib ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qızlar təşkil edir.
 
2021-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub və bütövlükdə doğulan körpələrin 72,7 faizi gənc anaların payına düşüb.
 
Ötən il ölkədə nikaha daxil olanların 72,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 18,1 faiz, gənc qadınların xüsusi çəkisi isə 38,6 faiz olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...