Rövşən Rzayev BAMF-ı TƏBRİK ETDİ - FOTO - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Rövşən Rzayev BAMF-ı TƏBRİK ETDİ - FOTO

Cəmiyyət A- A A+

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyevə təşkilatın 30 illiyi ilə bağlı təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illiyi münasibətilə Sizi və əməkdaşlarınızı səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından az sonra fəaliyyətə başlayan BAMF ötən dövrdə ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasına, medianın inkişafına, sülhməramlı aksiyaların təşkilinə, həmçinin məcburi köçkünlərlə bağlı problemlərin həllinə sanballı töhfələr verib.

Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində müxtəlif sahələrdə həyata keçirdiyiniz uğurlu layihələr, o cümlədən artıq başa çatmış münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında, xüsusən, mina təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilində fəal iştirakınız doğma yurda qayıtmağa hazırlaşan həmvətənlərimizdə böyük rəğbət və razılıq hissi doğurur.

Dövlət Komitəsi yanında İctimai Şuranın üzü kimi Sizinlə əməkdaşlığımız isə bizim üçün çox dəyərlidir, qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin aparılmasına ictimai dəstəyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Sizə ən xoş arzularımı çatdıraraq, çoxşaxəli ictimai fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar diləyirəm. İnanıram ki, BAMF Sizin rəhbərliyinizlə bundan sonra da uzun illər ölkəmizin tərəqqisi, xalqımızın mənafeyi naminə çalışacaqdır”.

Qeyd edək ki, BAMF-ın 30 illiyi ilə əlaqədar təbrik məktubları gəlməkdə davam edir. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...