Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun xarici iştirakçıları Füzuli rayonunun Merdinli kəndində olublar.
Ednews xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qonaqları Merdinli kənd məscidi ilə tanış edib.
Qonaqların diqqətinə kənd məscidinin işğal dövründə ermənilər tərəfindən tövlə kimi istifadə edildiyi çatdırılıb.
Daha sonra dağıdılmış kənd qəbiristanlığı göstərilib. Report.az-ın məlumatına görə, qonaqlar minatəmizləmə əməliyyatlarını da izləyiblər.