Hazırda oxunan: Rusiyanı tərk edən Hüseyn Həsənov Bakıda ÜZƏ ÇIXDI - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Rusiyada səfərbərlik elan olunmasından sonra bir çox şou nümayəndələri ölkəni tərk edib. Onlardan biri azərbaycanlı video bloqer Hüseyn Həsənov olub.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, atası Səttar bəyin yaşadığı Bakıya gələn bloqer yerli mətbuatda haqqında yayılan xəbərlərə sosial şəbəkə hesabında aydınlıq gətirib.
Həsənov paylaşımında "Hörmətli Media nümayəndələri. Mən atamın yanına gəldiyimlə bağlı təyyarədən görüntülərimi paylaşdım. Şəxsi işlərimlə bağlı gəlmişəm.
Görüləsi işlərim var. Bir neçə günə Rusiyaya qayıdacağam. Mən Rusiyanı sevirəm. Mənim iki vətənim var - Rusiya və Azərbaycan. Mən Rusiyada doğulmuşam və bu yaşıma qədər də orada yaşamışam. Amma mən Azərbaycanlıyam.
Ona görə əgər vətənimdə mənə ehtiyac yaransa, mən orada olacağam. Sizi sevirəm" sözlərini dilə gətirib.