Tənəffüsdə qəfil vəfat edən şagirdin sinif yoldaşı hadisənin necə baş verdiyindən DANIŞDI - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Tənəffüsdə qəfil vəfat edən şagirdin sinif yoldaşı hadisənin necə baş verdiyindən DANIŞDI

Cəmiyyət A- A A+

Ağstafada tənəffüs zamanı halı dəyişərək qəfl vəfat edən, Fariz Qasımovun, təhsil aldığı məktəbin direktoru və sinif yoldaşları hadisənin necə baş verməsi barədə danışıblar.

Ednews baku.tv-yə istinadən buildirir ki, sinif yoldaşının sözlərinə görə, hadisə yeməkxananın giriş qapısında baş verib:

"Ac idi, başı fırlanırdı, gəldik ki, yemək yeyək, yeməkxanaya çatanda yerə yıxıldı"

Məktəbin direktoru Ramiz Nəsirov bildirib ki, hadisədən sonra Farizə yaxınlaşan zaman o, artıq ağır nəfəs alırdı.

"Təcili Tibbi Yardıma məlumat verdik. Həkimlər müdaxilə etsələrdə effektiv olmadı və xəstəxanaya apardılar. Rəsmi bir xəstəliyi olmayıb, lakin, bizdə olan məlumata görə, hərbi komisarlığın keçirdiyi tibbi komissiyadan keçən zaman, şagirdin ürəyində qüsur olduğu aşkarlanıb".

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...