Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Ednews-un məlumatına görə hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil, yoldan çıxaraq aşıb.
Qəza zamanı 2000-ci il təvəllüdlü Alı Rüstəmov və 1976-cı il təvəllüdlü Xalis Qurbanov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.