“Bəzi şəhidlərimiz var ki, evlənsələr də rəsmi nikaha daxil olmayıblar. Mənə də bir neçə şəhid xanımı müraciət edib ki, övladı şəhid övladı sayılsa da, özü şəhidin həyat yoldaşı sayılmır”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli müəllimə bu məsələ ilə bağlı qanunvericilikdə müvafiq addımların atılmasıyla bağlı müraciət etmək istəyirəm. Çünki bu bir sıra hüquqi prosedurlarda, xüsusilə də ev növbəsi məsələsində problemlərin yaranmasına səbəb olur”, - deyə deputat əlavə edib.