“Rayonlarımızda ekoloji vəziyyət bərbaddır” - DEPUTAT - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

“Rayonlarımızda ekoloji vəziyyət bərbaddır” - DEPUTAT

Cəmiyyət A- A A+

“Bələdiyyələrin fəaliyyətini inkişaf etdirmək üçün mütəmadi olaraq qanunlar qəbul etsək də, bu sahədə problemlər qalmaqdadır”. 

Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib. 

“Bələdiyyələrin ərazilərində olan turizm bölgələrində, xüsusən də, rayonlarımızda bərbad ekoloji vəziyyət hökm sürür. Məişət tullantılarının təmizlənməsi istiqamətində bələdiyyələr yetərli iş görmür. Bu bizim də, turistlərin də xoşuna gəlmir. Düşünürəm ki, bu istiqamətdə də işlərin görülməsinə ehtiyac var”, - deyə deputat əlavə edib.  



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...