Ələt-Astara magistralının Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Ednews xəbər verir ki, sosial şəbəkələrdə qəzanın görüntüləri yayılıb.
“Traller” markalı yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.