Laçın rayonu Taxta Körpü qəsəbəsində Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə “Dayaq” Qeyri-hökumət humanitar yardım təşkilatı tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) maarifləndirmə tədbiri keçirilib.
Ednews xəbər verir ki, tədbirdən öncə “Dayaq” Qeyri-hökumət humanitar yardım təşkilatının layihə üzrə regional koordinatoru Zaur Quliyev, rayonun tam orta məktəbinin direktoru Şəbnəm Uğurlu ilə işgüzar görüşdə olublar. Görüş zamanı istifadə üçün maarifləndirici posterlər,oyunlar, bukletlər, dəftərlərdən istifadə, layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, icma könüllülərinin fəaliyyətinə göstərilən dəstək, uğurlu nümunələr, qarşıya çıxan çətinliklər və həlli yolları barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Laçın rayonu Taxta Körpü qəsəbəsində yerləşən tam orta məktəbdə təşkil olunan maarifləndirmə tədbirində Mina və PHS-lər və davranış qaydaları ilə bağlı müzakirələr aparılıb, uşaqlar düşündürücü oyunlar vasitəsilə mina və PHS ilə davranış qaydaları ilə tanış olublar.
Daha sonra şagirdlər arasında mina və onlarla davranış qaydaları barəsində sorğu keçirilib. Sorğu nəticəsində uşaqların mövzu barəsində məlumatlılığı qənaətbəxş olub.
Ümumilikdə Laçın rayonu Taxta Körpü qəsəbəsi tam orta məktəbində təşkil olunan maarifləndirmə tədbirində 51 nəfər iştirak edib, onlardan 48-i ( 6-11 yaş qrupu üzrə) şagirdlər təşkil edib.
Gələcəkdə də bu cür tədbirlərin yuxarı sinif şagirdləri ilə də davam etdirilməsi qərara alınıb.