“Azərbaycanın qeyri-neft sektoruna yatırım edən ölkələr sırasında Türkiye birinci yerdə durur”.
Ednews APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin rəsmi açılışı zamanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 5 minə yaxın türk şirkəti mövcuddur:
“Sevindirici haldır ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında iştirak üçün xüsusi maraq göstərirlər. Onlar bu ərazilərdəki infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər”.